Qubada 3 ay əvvəl qəzada xəsarət alan şəxs ölüb

16.12.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qubada sentyabrda baş verən qəzada xəsarət alan şəxs ölüb.

APA xəbər verir ki, Bakı-Quba yolunda sentyabrın 26-da baş verən qəzada xəsarət alan Ceyhun Yusifov xəstəxanada ölüb.

Qeyd edək ki, sentyabrın 26-sı saat 20 radələrində Bakı-Quba yolunun 174-cü km-də Ağbil kəndinin ərazisində kənd sakini Ceyhun Yusifovun idarə etdiyi “VAZ-21011” markalı 40 BC 862 N-li avtomobili ağaca vurub.

C.Yusifov və sərnişini 2001-ci il təvəllüdlü Asim Qafarov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью