Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qubada yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, qəza ötən gün saat 18 radələrində rayon ərazisində qeydə alınıb.
Belə ki, 10-CM-191 nömrəli "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirərək 40-BV-684 nömrəli "Vaz-2107" və 50-EC-439 nömrəli "Toyota" markalı avtomobillərə dəyib.
Hadisə zamanı aşan "Mercedes"in sürücüsü Nicat Seyidməmmədov və qardaşı yüngül xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli