Qubada 3 nəfəri it qapdı Biri məktəblidir

24.04.2025

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün saat 12:20 radələrində Quba rayonu ərazisində baş verən it qapmasından 3 nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, bununla bağlı TƏBİB məlumat yayıb.

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Zərərçəkmişlərə ilkin zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.

Hadisə ll Nügədi kəndi ərazisində baş verib.

1-ci sinif şagirdi dərsdən evə qayıdarkən sahibsiz it ona hücum edib. İt məktəblinin başına xəsarət yetirib. Azyaşlıya köməyə gələn 2 qadını da həmin it dişləyib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью