Qubada 4 gün əvvəl partlayışda xəsarət alan şəxs ölüb

12.12.2024

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dekabrın 8-də Quba rayonunun Qəçrəş kəndində fərdi yaşayış evində baş verən partlayış nəticəsində xəsarət alan şəxs ölüb.

APA-nın Şimal bürosu xəbər verir ki, qaz sızması nəticəsində baş verən partlayış zamanı xəsarət aıan 68 yaşlı Laçın Ələsgərov bu gün Bakıdakı Yanıq Mərkəzində dünyasını dəyişib.

O, öncə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağır olduğundan Yanıq Mərkəzinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью