Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb

06.10.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Quba, 6 oktyabr, AZƏRTAC

Quba şəhərində ölüm hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Quba şəhərinin SUM-12 yaşayış massivində qeydə alınıb.

1966-cı il təvəllüdlü İmran Allahverdiyev yaşadığı evin hamamında dəm qazından zəhərlənərək həyatını itirib.

Mərhumun qardaşı Ələddin Allahverdiyevin sözlərinə görə, hadisə oktyabrın 5-də saat 14-15 radələrində baş verib. Həmin vaxt evdə heç kim olmayıb. İman Allahverdiyevin həyat yoldaşının Rusiyaya səfərdə olduğu bildirilib.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Müxbir - Elxan Yusifli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью