Icma.az, Bizim media saytına istinadən bildirir.
Havaların soyuması ilə yenidən dəm qazından zəhərlənmə halları qeydə alınmağa başlayıb. Növbəti belə bədbəxt hadisə Qubada baş verib.
Bizim.Media xəbər verir ki, Quba şəhərinin SUM-12 qəsəbəsində sakini olan 60 yaşlı İman Abdullayevin meyiti evində tapılıb.
İlkin ehtimala görə, mərhum dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu