Icma.az, Baku.ws saytına istinadən bildirir.
Qubada 7 kiloqram narkotik vasitə aşkarlanıb.
BAKU.WS xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 58 yaşlı Xəyyam Muradov saxlanılıb.
Ondan ümumilikdə 7 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Keçirilən digər əməliyyat zamanı isə əvvəllər məhkum olunmuş 38 yaşlı Zülfüqar Məmmədovdan qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd AKM markalı avtomat aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Məhkəmənin qərarı ilə X.Muradov və Z.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.