Qubada 74 yaşlı kişi ehtiyatsızlıqdan aldığı xəsarətdən ölüb

11.06.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Quba rayonunda 74 yaşlı kişi ehtiyatsızlıqdan aldığı xəsarətdən ölüb.
APA xəbər verir ki, hadisə iyunun 10-da Cağacuq kəndində baş verib. Kənd sakini 1952-ci il təvəllüdlü Əşrəf Baloğlanov yaşadığı evdə işləyərkən ehtiyatsızlıqdan laqunda ilə ayaq nahiyəsinə xəsarət yetirib. O, xəstəxanaya aparılarkən qanaxmadan ölüb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью