Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Quba-Xaçmaz yolunun Qubanın Zərdabi qəsəbəsindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası qeydə alınıb.
Bizim.Media xəbər verir ki, “Toyota Prado” markalı avtomobillə “VAZ-2106” markalı maşının toqquşması nəticəsində bir nəfər həyatını itirib. Hadisə yerinə dərhal polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu