Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
"Unikal"ın Şimal bürosunun məlumatına görə, hadisə Quba-Xaçmaz avtomobil yolunun Quba rayonunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb.
Qəza nəticəsində avtomobilin sürücüsü Quba rayonu Bağbanlı kənd sakini Rüstəmov Taleh Malik oğlu hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Xanlar Qaraca