Qubada aramsız yağan yağış fəsadlar törədib FOTO

27.11.2024

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Quba rayonunda ötən gecədən müşahidə olunan güclü yağış fəsadlar törədib. 

"Unikal"ın Şimal bürosunun məlumatına görə, rayonun Alekseyevka kəndində 4 fərdi yaşayış evinin həyətinə və zirzəmisinə yağış suları dolub, nəticədə sakinlərə ziyan dəyib. 

Anoloji hadisə rayonun ucqar yaşayış məntəqəsi olan Çiçi kəndində də yaşanıb. Kənddə bir neçə evin həyətinə və təsərrüfatlara yağış suları dolub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hazırda suyun həyətlərdən, zirzəmilərdən çəkilməsinə başlanılıb. 

Xanlar Qaraca


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью