Qubada avtomobil 2 piyadanı vurdu

13.11.2024

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Quba şəhərində piyadaların iştiraki ilə avtoqəza baş verib.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, hadisə M.P.Vaqif küçəsində baş verib. 

Belə ki, 1961-ci il təvəllüdlü Ceyran Eynullayeva və 1963-cü il təvəllüdlü Aybəniz Qafarova yolu keçərkən onları “Mercedes” markalı avtomobili vurub.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Seymur Əli


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью