Qubada avtomobil ağaca çırpıldı

17.12.2024

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, "Mercedes" markalı minik avtomobili Quba istiqamətinə hərəkətdə olan zaman yoldan çıxaraq Çinar ağacına çırpılıb. 

Hadisə nəticəsində sürücü 1961-ci il təvəllüdlü Şirinov Aydın Hacıbaba oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Nəqliyyat vasitəsi isə yararsız hala düşüb.

Xanlar Qaraca


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью