Qubada avtomobil səkiyə çırpılıb, ölən və yaralanan var

04.05.2025

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Quba, 4 may, Elxan Yusifli, AZƏRTAC

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba şəhərinin Heydər Əliyev prospektində 77 DB 649 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, qəza nəticəsində bir nəfər ölüb, bir yaralı isə təcili-tibbi yardım avtomobili ilə Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью