Qubada avtomobil yoldan çıxaraq aşdı Yaralananlar var

03.08.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az apa-ya istinadən xəbər verir ki, qəza Quba-Qonaqkənd avtomobil yolunun Püstəqasım kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, UAZ markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью