Qubada avtomobilin vurduğu 83 yaşlı kişi 3 gün sonra ölüb

27.12.2024

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

Qubada avtomobilin vurduğu 83 yaşlı kişi üç gün sonra keçinib.

“Report” xəbər verir ki, dekabrın 23-də 2002-ci il təvəllüdlü Musa Hüseynov idarə etdiyi “VAZ 21 07” markalı avtomobillə piyada, 1941-ci il təvəllüdlü Rafiq Məmmədovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, kişi ötən gün xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью