Qubada avtomobillər toqquşdu Yaralananlar var

22.11.2024

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qubada yol nəqliyyat hadisəsi baş verib.  

"Unikal"ın Şimal bürosunun məlumatına görə, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb. Belə ki, "BMW" markalı minik avtomobili ilə "VAZ-2107" toqquşub. Nəticədə "VAZ-2107"-nin sürücüsü və şərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 Faktla bağlı araşdırma aparılır.  

Xanlar Qaraca


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью