Qubada avtomobillər toqquşdu: yaralananlar var FOTO

22.11.2024

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qubada yol nəqliyyat hadisəsi baş verib.  

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb. Belə ki, "BMW" markalı minik avtomobili ilə "VAZ-2107" toqquşub. 

Nəticədə "VAZ-2107"-nin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 Faktla bağlı araşdırma aparılır.  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью