Qubada ayı sakinlərə hücum etdi

02.12.2024

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qubada ayı kənd sakinlərinə və mal-qaraya hücum edib.

News24.az qlobal.net-ə istinadən xəbər verir ki, hadisə rayonun Gömürdəhnə kəndində baş verib. Məlumata görə, ayı bir neçə kənd sakininin mal-qarasını parçalayıb, tövlələri dağıdıb.

Sakinlər bildirib ki, ayı tez-tez kəndə hücum edir, toyuq-cücələri də parçalayır, kənd camaatına ziyan vurur.

Dağlıq ərazidə yerləşən Gömürdəhnə kəndinin sakinləri aidiyyatı qurumlardan kömək gözləyirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью