Qubada baş verən ağır qəza ilə bağlı xəstəxanadan AÇIQLAMA

06.08.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Quba rayonunun Pirvahid kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (2 kişi, 2 qadın, 1 azyaşlı) avqustun 6-da saat 09:50 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bizim.Media xəbər verir ki, onlara bədənin müxtəlif nahiyələrinin travmaları, qabırğa sınıqları, baş beyin silkələnməsi, açıq kəllə-beyin travması və komatoz vəziyyət diaqnozları qoyulub.
1973-cü il təvəllüdlü kişi və 2021-ci il təvəllüdlü azyaşlının müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Onların vəziyyəti ağır qiymətləndirilir.
Digər 3 nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью