Qubada baş vermiş partlayışın DETALLARI VİDEO

15.12.2024

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

Qubada baş vermiş partlayışın detalları məlum olub.

Publika.az xəbər verir ki, zərərçəkən Xəyyam Babayevin sözlərinə görə, hadisəyə səbəb ana xətdən qaz sızması olub:

"Qonşular zəng etdi ki, "tez gəl çat, anan yerdədir, vəziyyəti pisdir". Güclü partlayış olub, birbaşa damı uçurub. Yeni təmirdən çıxmış mənzil idi. Maşına və evə ciddi ziyan dəyib".

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Quba rayonunun Alekseyevka kəndində fərdi yaşayış evində baş verib. Nəticədə 1962-ci il təvəllüdlü Qərənfil Babayeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Ətraflı "Baku" TV-nin süjetində:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью