Qubada birmərtəbəli ev yandı

04.02.2025

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

Quba rayonunun Güləzi kəndində ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konsturuksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью