Qubada çoxmənzilli yaşayış binası əsaslı TƏMİR OLUNACAQ

27.01.2026

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Quba şəhəri F.Xan küçəsi 2b ünvanında yerləşən 5 mərtəbəli, 4 bloklu yaşayış binası əsaslı təmir ediləcək.

BAKU.WS-in məlumatına görə, təmir işləri Quba Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək.

Layihənin ehtimal olunan dəyəri 218 min manat təşkil edəcək. Binada əsasən söküntü və hazırlıq işləri aparılacaq.

Təmir işlərinin həyata keçirilməsi binada yaşayan sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, tikilinin texniki vəziyyətinin bərpasına və gələcəkdə daha genişmiqyaslı təmir işlərinin aparılmasına imkan verəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью