Qubada əməliyyat: 4 nəfər saxlanıldı FOTO

02.12.2024

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə rayon sakinləri Elşən Heydərov, Elman Əskərov, Rövşən Qasımbəyov və Şabran rayon sakini Mirabtalıb Məsimov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Globalinfo.az-a verilən məlumata görə üzərlərinə və yaşadıqları evlərə baxış keçirilən zamanı ümumilikdə 11 kiloqram marixuana, metamfetamin, tiryək, 50 ədəd metadon həbi və 30 ədəd preqabalin həbi aşkarlanaraq götürülüb.

Məhkəmənin qərarı ilə həmin şəxslərin barələrində həbs qətimkan tədbiri seçilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью