Qubada əməliyyat: Keçmiş məhkumlar saxlanıldı

06.10.2026

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş R.Əliyev və S.Talıbov saxlanılıblar.

Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilmiş tədbirlərlə həmin şəxslərdən ümumilikdə 19 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью