Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Quba rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 10-da Quba şəhəri, Gənclər küçəsində baş verib. 1978-ci il təvəllüdlü Əhliman həmin gün saat 16 radələrində yaşadıqları məhəllədə idarə etdiyi “Toyota Prius” markalı nəqliyyat vasitəsinin içərisində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı İradənin (adlar şərtidir – red.) üz nahiyyəsindən yumruq zərbəsi ilə, sol ayaq nahiyyəsindən təpiklə vurub.
Hadisəni törədən Əhlimanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Əhliman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, barəsində şikayət edən zərərçəkmiş İradə onun həyat yoldaşıdır: “Biz 10 ilə yaxın müddətdir ki, evliyik. Birgə nikahımızdan 2 övladımız var. Bu zamana qədər həyat yoldaşım ilə aramızda hər hansı bir xoşagəlməz hal baş verməyib. Sadəcə son zamanlar maddi durumum yaxşı vəziyyətdə olmadığı üçün tez-tez mübahisələrimiz yaranıb. Hadisə günü saat təqribən 16 radələrində idarə etdiyim nəqliyyat vasitəsilə yaşadığım evin qarşısında olduğumuz zaman həyat yoldaşım ilə aramızda şəxsi münasibətlər zəminində mübahisə yarandı. Mübahisə ərəfəsində onun sol qol nahiyyəsindən tutaraq sıxdım. Həmin zaman İradə qışqırdığı üçün onun ağız nahiyyəsindən yumruq zərbəsi ilə vurdum. Daha sonra İradənin sakitləşmədiyini gördüm, maşından düşməsi üçün şərait yaratdım”.
Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 10-da Quba şəhəri, Gənclər küçəsində baş verib. 1978-ci il təvəllüdlü Əhliman həmin gün saat 16 radələrində yaşadıqları məhəllədə idarə etdiyi “Toyota Prius” markalı nəqliyyat vasitəsinin içərisində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı İradənin (adlar şərtidir – red.) üz nahiyyəsindən yumruq zərbəsi ilə, sol ayaq nahiyyəsindən təpiklə vurub.