Qubada erkən nikahın qarşısı alınıb, toy mərasimi ləğv edilib

13.09.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Quba rayonunda 15 yaşlı qızın 1990-cı il təvəllüdlü şəxsə ərə verilməsinin qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilb ki, Quba Rayon Polis Şöbəsində qanunsuz əməlin təşkilində təqsiri olan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

İstintaq tədbirləri davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью