Qubada evdə partlayış: Xəsarət alan var

10.12.2024

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qubada partlayış hadisəsi baş verib. Hadisə rayonun Qəçrəş kəndində qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, kənd sakini, 68 yaşlı Laçın Ələsgərov evdə olarkən gecə saat 2 radələrində partlayış baş verib.

Zərərçəkənin oğlunun sözlərinə görə, partlayışa səbəb qaz sızması olub:

"Biz yatarkən partlayış səsi gəldi. Durduq, baxdıq ki, atam od tutub, yanır".

Xəsarət alan şəxs Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olduğundan paytaxta - Nərimanov Tibb Mərkəzinin nəzdindəki Respublika Yanıq Mərkəzinə təxliyə olunub.

Xəstəxanadan bildirilib ki, yaralıya bədən səthinin 95-98%-i II-III dərəcəli termiki yanıq və yuxarı tənəffüs yollarının yanığı diaqnozu qoyulub.

Hazırda xəstə çox ağır vəziyyətdə Reanimasiya şöbəsində müalicəsini davam etdirir.
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью