Qubada FACİƏ: 46 yaşlı kişi ev təmir edirdi, yıxılıb öldü

28.08.2026

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Quba rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Lent.az xəbər verir ki, hadisə avqustun 27-si saat 11 radələrində rayonun Dağlı kəndində qeydə alınıb.

46 yaşlı Vahid Stalov fərdi yaşayış evində təmir işləri görərkən hündürlükdən yerə yıxılıb.

O, aldığı ağır xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью