Qubada FACİƏ: maşın vuran 13 yaşlı qızı xilas edə bilmədilər

04.10.2026

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Quba rayonunun Bəhrəli kəndində avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb.

APA-nın Şimal bürosunun məlumatına görə, 30 sentyabr tarixində Bəhrəli kəndi ərazisində yolu keçmək istəyən 2013-cü il təvəllüdlü Pirmuradova Gülay Şöhrət qızını avtomobil vurub.

Ağır xəsarətlər alan qız Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, döş qəfəsinin kontuziyası və qarın boşluğunun küt travması diaqnozları qoyulub.

Vəziyyəti ağır qiymətləndirilən Gülayın müalicəsi reanimasiya şöbəsində davam etdirilib.

Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Gülay Pirmuradova Rəhman Məmmədov adına Çinarlı kənd tam orta məktəbinin 8-ci sinif şagirdi olub.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью