Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Quba rayonunda idman kompleksində mühafizəçilər arasında dava olub.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin fevralın 28-də baş verib.
Quba rayon sakini, 2001-ci il təvəllüdlü Səyyad həmin gün gecə saat 01:30-da idman kompleksində iş yerlərində mühafizə postunda gecə növbəsində olduqları zaman aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı iş yoldaşı Mehdinin kəllə nahiyəsindən yumruqla vurub.
Onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olub. Hadisəni törədən Səyyadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa z
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, idman kompleksində növbə rəisi işləyir: “İşim həm ərazini gəzmək, həm də kompleksdə olan iki posta nəzarət etməkdən ibarətdir.
Fevralın 28-də, təxminən saat 01:30-da zərərçəkmiş şəxsin mühafizə postunda növbədə olduğu zaman yatmasına görə irad bildirdim, izahat yazmasını tələb etdim.
Mehdi əlini masaya vuraraq mənə qarşı nalayiq ifadələr işlətdi. Daha sonra Mehdi şəxsi əşyalarını götürərək postu tərk etdi.