Qubada Gənc Etnoqrafların I Respublika Forumu keçiriləcək | Icma.az
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq. Quba şəhərində Gənc Etnoqrafların I Respublika Forumu keçiriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “İcma, mədəniyyət və elmi əməkdaşlıq" mövzusunda forum bu ilin 5-6 iyun tarixlərində təşkil olunacaq.
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə keçirilən forumun əsas məqsədi yerli icmaların milli-mədəni və mənəvi irsini tanıtmaq, mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, gənc etnoqrafların elmi-tədqiqat yaradıcılıqlarında stimullaşdırıcı imkanlar yaratmaqdır.
Forum çərçivəsində incəsənət nümayəndələrinin (peşəkar və həvəskar rəssam, qrafik dizayner, heykəltəraş və s.) yerli icmaların mədəni və mənəvi irsinə həsr olunmuş incəsənət nümunələri (rəsm əsəri, poster, heykəltəraşlıq və s.) də nümayiş olunacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu