Qubada güclü yağış fəsadlar törədib

27.11.2024

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Güclü yağış Quba rayonunun bir sıra yaşayış məntəqələrində fəsadlar törədib. SİA xəbər verir ki, rayonun Çiçi və Alekseyevka kəndlərində yağış suları həyətlərə və evlərin zirzəmilərinə dolub. Sakinlərin təsərrfütalarına ziyan dəyib.

Alekseyevka kəndində 4 evin həyət və zirzəmisinə dolan yağış sularının çəkilməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və texnikası cəlb olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью