Qubada güclü yağış fəsadlar törətdi FOTO

27.11.2024

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən gecə müşahidə olunan güclü yağış Quba rayonunda fəsadlar törədib.

Redaktor.az xəbər verir ki, rayonun Alekseyevka kəndində 4 fərdi yaşayış evinin həyətinə və zirzəmisinə yağış suları dolub, nəticədə sakinlərə ziyan dəyib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Suyun həyətlərdən, zirzəmilərdən çəkilməsinə başlanılıb.

Anoloji hal rayonun ucqar yaşayış məntəqəsi olan Çiçi kəndində də yaşanıb. Kənddə bir neçə evin həyətinə və təsərrüfatlara yağış suları dolub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью