Qubada güləş zalı yenilənib

08.07.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Qubada fəaliyyət göstərən Şahdağ Güləş Klubunun yunan-Roma güləşi üzrə məşqlərin keçirildiyi idman zalı əsaslı təmir olunaraq yenidən istifadəyə verilib.

Azərbaycan Güləş Federasiyası tərəfindən kluba müasir güləş xalçası hədiyyə edilib. Bununla əlaqədar yenilənmiş zala baxış keçirilib.

Mərasimdə Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri, olimpiya çempionları Namiq Abdullayev və Fərid Mansurov, federasiyanın baş katibi Pərvin Piriyev, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Şahin İsrafilov, İcra Hakimiyyətinin sektor müdiri Anar Məmmədov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova iştirak ediblər.

Şahdağ Güləş Klubunun yunan-Roma güləşi üzrə məşqçisi Musa Mirzəyev qonaqları zalda yaradılan şəraitlə tanış edib, idmançıların hazırlıq prosesi və klubun fəaliyyəti barədə ətraflı məlumat verib.

Qabil YUSİFOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью