Qubada hindistanlı turistin öldüyü qəzanın TƏFƏRRÜATI

17.11.2025

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qubada hindistanlı turistin ölümü ilə nəticələnən qəzanın təfərrüatı məlum olub.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, noyabrın 17-də Bakı-Quba-Rusiya sərhədi yolunun 149-cu kilometrliyində Sumqayıt şəhər sakini 27 yaşlı Ü.Həsənzadə idarə etdiyi "Hyundai" markalı avtomobil yolu keçən piyadanı vurub. 
 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada - 40 yaşlı Hindistan Respublikasının vətəndaşı Khan Mansoor Faizulla Quba rayon mərkəzi xəstəxanasında vəfat edib.


Faktla bağlı araşdırma aparılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью