Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Quba rayonunda spirtli içki qəbul edən şəxs qəbiristanlıqda ölüb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə noyabrın 11-də rayon ərazisindəki məzarlıqda baş verib. Rayonun Cimi kənd sakini, 1976-cı il təvəllüdü E.Qədirovun meyiti qəbiristanlığın girişində aşkar edilib. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Məlumata görə, E.Qədirov tüfeyli həyat tərzi keçirirmiş və hadisə zamanı içkili olub.
Faktla bağlı araşdırma aparılır.