Qubada II “Ulduz Cup” beynəlxalq futbol turniri start götürür

21.08.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Avqustun 25-dən 28-dək Qubada 12 yaşlı futbolçular arasında II “Ulduz Cup” beynəlxalq futbol turniri keçiriləcək.

İdman.biz xəbər verirki, turnir Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının təşkilatçılığı ilə baş tutacaq.

Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq turnirdə Azərbaycanı “Ulduz” FA, “Qarabağ” FK, “Sabah” FK və “Neftçi” PFK, Türkiyəni “Trabzonspor məktəb” və “Başakşehir” FK, Gürcüstanı “Dinamo Tiflis”, Özbəkistanı “Paxtakor” FK və “Bunyodkor”, Qırğızıstanı “Sduşorsi”, Qətəri “Aspire Akademiyası”, Qazaxıstanı isə “Şaxtyor” FK təmsil edəcək.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью