Qubada iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb | Icma.az
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Quba şəhərində yol nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosu xəbər verir ki, "VAZ" və "Nissan" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Qəza zamanı 27 yaşlı Yardımlı rayon sakini Heydər Ataşlı, Quba rayon sakinləri - 35 yaşlı Samir Qədirov, 26 yaşlı Emin İsayev, 23 yaşlı Rəsul Rəhimov və 24 yaşlı Aslan Abdullayev rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu