Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Quba rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun məlumatına görə, qəza Quba-Atuc yolunda qeydə alınıb.
Belə ki, VAZ-2107 markalı avtomobillə “Nissan” markalı avtomobil toqquşub.
Hadisə nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar Quba rayon mərkəzi xəstəxanasına alarılıb.
Faktla bağlı araşdırma aparılır.