Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir. Qubada yol nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosu xəbər verir ki, hadisə Quba şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.
"BMW" markalı avtobobillə "VAZ-2107" markalı minik maşını toqquşub. Nəticədə “VAZ”ın sürücüsü və şərnişini xəsarət alıblar.
Onlar Quba rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.