Qubada iki minik avtomobili toqquşub, 5 nəfər xəsarət alıb YENİLƏNİB

02.08.2026

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbərə fotolar əlavə edilib.

***

saat 15.09

Qubada iki minik avtomobili toqquşub, 5 nəfər xəsarət alıb.

APA-nın Şimal bürosunun xəbərinə görə, hadisə Quba şəhərinin Əliqulu Nərimanov küçəsində qeydə alınıb.

İlkin məlumata əsasən, "Chevrolet" və "Ford" minik avtomobilləri toqquşub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 nəfər təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью