Qubada it 3 nəfərə hücum etdi Biri azyaşlıdı

24.04.2025

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qubada 3 nəfər küçə itinin hücumuna məruz qalıb.

"Unikal"ın məlumatına görə, hadisə 2-ci Nügədi kəndində baş verib.

Belə ki, 7 yaşlı 1-ci sinif şagirdi dərsdən evə qayıdarkən sahibsiz it ona hüсum edib. Daha sonra uşağa kömək etməyə gələn iki nəfər qadınlara da hücum edən it onların ayağ və əl nahiyəsini dişləyib.

Həmin vaxt ərazidə olan yol polis əməkdaşları, it hücumuna məruz qalan yaralıları xidməti avtomobilləri ilə Quba Rayon Mərkəzi xəstəxanasına çatdırıblar. 

Faktla bağlı araşdırma aparılır. 

Asiman Qaraca


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью