Qubada keçmiş məhkum “Makarov”la tutuldu FOTO

13.07.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, əvvəllər məhkum olunmuş Əli Ağabəyov polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun üzərinə baxış zamanı “Makarov” markalı tapança aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Əli Ağabəyov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью