Qubada körpü yararsız VƏZİYYƏTDƏ: Kəndə nə girişimiz var, nə də çıxışımız

22.04.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Son günlər yağan aramsız leysan yağışları Quba rayonunun Xanəgah kəndində fəsadlara səbəb olub. Cağacıq çayına gələn sel suları körpünü yararsız vəziyyətə salıb.

Nəticədə, kəndin bir hissəsinə avtomobillərin giriş və çıxışı məhdudlaşıb.

"Çay kəndi iki hissəyə bölür. Kəndə nə girişimiz var, nə də çıxışımız. Mühasirədə qalmışıq. Uşaqlar məktəbə gedə bilmirlər. Xəstəmiz olsa, həkimə apara bilməyəcəyik", - deyə kənd sakinləri narazılıqlarını bildiriblər.

Ətraflı Baku TV-nin süjetində:

Qubada körpü yararsız VƏZİYYƏTDƏ: "Kəndə nə girişimiz var, nə də çıxışımız"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью