Qubada küçə itləri üç nəfərə hücum etdi: İkisi Bakıya çatdırıldı

08.01.2025

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qubada küçə itləri üç nəfərə hücum çəkib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisələrdən biri rayonun Qəçrəş kəndində qeydə alınıb.

Küçə itləri kənd sakinləri Zöhr Mərdiyevaya və Raida Salahovaya hücum edib.

Zərərçəkənlər Quba Rayon Mərkəzi Xəstəxanasında ilk tibbi yardımdan və quduzluq əleyhinə vaksin vurulduqdan sonra Bakıya, Sabunçu Tibb Mərkəzinə göndəriliblər.

Həmçinin, Qubanın Küsnətqazma kəndindən olan azyaşlı Məhəmməd Məhəmmədov da it dişləməsi diaqnozu ilə rayon xəstəxanasına çatdırılıb. Azyaşlıya quduzluğa qarşı müalicə təyin edilib.
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью