Qubada məktəblini maşın vurdu

22.04.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Qubada məktəblini maşın vurub, vəziyyəti ağırdır.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, Quba şəhəri Əliqulu Nərimanov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, “Ford Fusion” markalı avtomobil piyada keçidindən keçmək istəyən məktəbli 2014-cü il təvəllüdlü Teymurov İmran Rahib oğlunu vurub.

Sürücü 31 yaşlı Muradov Kənan Rauf oğlu dərhal yaralını Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırdıqdan sonra polisə təslim olub.

Qeyd edək ki, İ.Teymurov Quba şəhər Azad Məmmədov adına 2 nömrəli məktəbin 5-ci sinif şagirdidir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Asiman Qaraca


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью