Qubada məscid tamamilə yandı VİDEO

01.03.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

Quba rayonunun İkinci Nügədi kəndində məscid yanıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Hacı Seyid Siracəddin məscidində bu gün səhər saat 5 -ə işləmiş yanğın baş verib.
İkinci Nügədi kəndinin imamı Hacı İlkin Qayıbov Bizim.Media-ya faktı təsdiqləyərək məscidin söndürülməsinə FHN-in Quba Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və yanğınsöndürən avtomobili cəlb olunduğunu deyib.
Alov güclü olduğundan məscid tam yanıb, yalnız divarları qalıb. Yanğınsöndürənlər alovu söndürüblər.
İlkin ehtimala görə, məscid qaz sızmasından yanıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью