Qubada minik avtomobili ağaca çırpılıb, ölən var

12.01.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Quba Xaçmaz yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, Quba rayonunun Zərdabi qəsəbəsi ərazisində "VAZ 2107" markalı nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.

Nəticədə avtomobilin sürücüsü Quba rayonu Bağbanlı kənd sakini Rüstəmov Taleh Malik oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью