Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Quba şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Heydər Əliyev prospektində BMV markalı avtomobil “VAZ 2107” markalı minik maşını ilə toqquşub.
Nəticədə “VAZ 2107”-nin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.